“Real” hücumçusu Kərim Benzema ilə bağlı paylaşım edib.
Sportinfo.az xəbər verir ki, Çempionlar Liqasının 1/4 final mərhələsində “Çelsi” ilə keçirilən ilk oyunda Benzema het-trik edib.
“Stemford Bric”də keçirilən görüş qonaqların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
“Kral klubu”nun “tvitter”dəki paylaşımında yazılıb: “Adı - Kərim Benzema. Yaş - 34. Peşəsi - dünyanın ən yaxşı doqquz nömrəsi”.
Bu komandalar arasında cavab qarşılaşması aprelin 12-də Madriddə keçiriləcək.

