Bu hadisə "Barselona"nın tarixində ilk dəfə baş verəcək

7 Aprel 2022 10:20 İspaniya 686
Bu hadisə "Barselona"nın tarixində ilk dəfə baş verəcək

"Barselona" Avstraliya çempionatının ulduzları ilə qarşılaşacaq.

Sportinfo.az xəbər verir ki, oyun mayın 25-də Sidneydə, 80 000 tamaşaçı tutumuna malik “Accor Stadium”da keçiriləcək.

Maraqlıdır ki, bu, “Barselona”nın tarixi ərzində Avstraliyada keçirəcəyi ilk oyun olacaq. Klubun marketinq üzrə vitse-prezidenti Yuli Quyyu məsələ ilə bağlı fikirlərini bildirib:

“Şadıq ki, bu matçın keçiriləcəyini elan etdik. “Barselona” ilk dəfə olaraq Avstraliyaya səfər edəcək. Bilirik ki, bu ölkədə komandamıza böyük maraq var.

Bu qarşılaşma klubu və onun dəyərlərini azarkeşlərimizə daha da yaxınlaşdıracaq, həmçinin yeni fanatlara “Barselona” ilə tanış olmaq imkanı verəcək”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR