Ona əvəzləyici tapıblar – Özü də “Barselona”da

6 Aprel 2022 15:40 İspaniya 772
Ona əvəzləyici tapıblar – Özü də “Barselona”da

Paulo Dibalanın yayda “Yuventus”u tərk edəcəyi, demək olar ki, dəqiqləşib.

Sportinfo.az xəbər verir ki, "qoca sinyora" artıq ona əvəzləyici də tapıb.

“Yuve” "Barselona"nın hollandiyalı hücumçusu Memfis Depayla müqavilə imzalamağı planlaşdırır.

Hollandiyalının özü hesab edir ki, o, növbəti mövsüm üçün Xavinin strategiyasına uyğun gəlməyə bilər və artıq karyerasını davam etdirmək variantlarını nəzərdən keçirir.

Digər iki İtalyan klubunun - "İnter" və "Milan"ın da Memfisə iddialı olduğu bildirilir.

Depay 2021-ci ilin yayından “Barselona”da çıxış edir və bura “Lion”dan azad agent kimi keçib.

Depay bu mövsüm La Liqada 20 oyuna çıxıb, 10 qol vurub və 2 məhsuldar ötürmə edib. Hollandiyalının klubla müqaviləsi 30 iyun 2023-cü ilə qədərdir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR