"Müqaviləni yeniləmək üzərində işləyirik, burada qalmaq istəyirəm"

6 Aprel 2022 12:20 İspaniya 726
"Müqaviləni yeniləmək üzərində işləyirik, burada qalmaq istəyirəm"

Ronald Arauxo “Barselona”da qalmaq istəyir.

Sportinfo.az xəbər verir ki, “Barselona”nın müdafiəçisi Arauxo klubda qalmaq istədiyini söyləyib.

O, agentinin gələn il başa çatacaq müqavilənin uzadılması üzərində işlədiyini bildirib:

“Burada olmaqdan çox şadam. Artıq müqaviləni yeniləmək üzərində işləyirik və bu həftə rəhbərliklə görüşəcəyik. Ümid edirəm ki, yaxın vaxtlarda müsbət qərar veriləcək. Çünki burada qalmaq istəyirəm”.

Uruqvaylı müdafiəçi 2019-cu ildən Kataloniya klubunun əsas komandasında çıxış edir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR