"Bir yerdə indikindən 2 dəfə çox qol vurarıq" – Kərimin iddiası

5 Aprel 2022 15:40 İspaniya 607
"Bir yerdə indikindən 2 dəfə çox qol vurarıq" – Kərimin iddiası

"Real”ın hücumçusu Kərim Benzema Kilian Mbappenin Madrid klubuna mümkün transferi haqda danışıb.

Sportinfo.az xəbər verir ki, Benzema yığmada Mbappe ilə oyununun alındığını bildirib.

O, Kilianla birgə daha çox qol vura biləcəklərini deyib:

“Kilianla yığmada oynamaq mənə xoşdur. İstəyirəm ki, onunla eyni klubda da çıxış edim.

Hesab edirəm ki, bir yerdə indikindən 2 dəfə çox qol vurarıq. Hətta deyərdim ki, 3 dəfə”.

İspaniya mətbuatının iddiasına görə Mbappeni transfer etməyə əsas namizəd "Real”dır. Amma futbolçunun özü gələcəyi ilə bağlı hələ qəti qərar verməyib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR