İspaniya La Liqasında keçirilən “Barselona” – “Sevilya” matçından sonra maraqlı anlar yaşanıb.
Sportinfo.az xəbər verir ki, bir vaxtlar “Barselona”da çıxış etmiş qonaqların futbolçusu İvan Rakitiç azarkeşlərin formasını istəməsindən sonra onlara yaxınlaşıb.
Əvvəlcə o, köynəyini çıxararaq fanatlara verib. Lakin tərəfdarlardan biri Rakitiçdən şortunu da istəyib.
Xorvat yarımmüdafiəçi etiraz etməyərək şortunu da həmin fanata hədiyyə edib.
Onun bu vəziyyəti kameralara tərəfindən qeydə alınıb və sosial şəbəkələrdə böyük müzakirə mövzusu olub.

