İspaniya La Liqasının növbəti turunda keçirilən "Barselona" - "Sevilya" matçının qalibi məlum olub.
Sportinfo.az xəbər verir ki, matçın 72-ci dəqiqəsində hesab açılıb.
Meydan sahiblərinin heyətində Pedri fərqlənib. Həmin qol da matçda qələbə topu olub 1:0.
Bu qələbə ilə xalını 57-yə yüksəldən Xavinin baş məşqçisi olduğu komanda turnir cədvəlinin 2-ci pilləsinə yüksəlib.
"Atletiko" 57 xalla 3-cü, "Sevilya" eyni xalla 4-cüdür.Turnir cədvəlinə 69 xalla "Real" başçılıq edir.

