“Barselona” Osman Dembele ilə müqaviləni uzadacaq.
Sportinfo.az xəbər verir ki, bu haqda klubun prezidenti Xuan Laporta açıqlama verib:
“Mənə dedilər ki, Osman Dembele “Barselona”da çox xoşbəxtdir. Görək, onun müqaviləsi necə olacaq.
Bizdə çox aydın əməkhaqqı sistemi var. Klubun direktoru Mateu Alemani Dembele ilə razılığa gəlməyə çalışır”.
Dembele 2017-ci ildən Kataloniya klubunda forma geyinir.

