Paytaxt təmsilçisi autsayderlə görüşdə inamlı qələbə qazandı - VİDEO

4 Aprel 2022 00:10 İspaniya 601
Paytaxt təmsilçisi autsayderlə görüşdə inamlı qələbə qazandı - VİDEO

İspaniya çempionatının 30-cu turunda Madrid “Atletiko”su evində “Alaves”i qəbul edib.

Sportinfo.az xəbər verir ki, meydan sahibləri 11-ci dəqiqədə J.Feliksin qolu ilə hesabı açıb.

63-cü dəqiqədə “Alaves” G.Eskalantenin qolu ilə hesabı bərabərləşdirib. Bundan sonra hücumların sayını artdıran ev sahibləri 75-ci dəqiqədə L.Suarezin penalti zərbəsindən vurduğu qolla yenidən üstünlüyü ələ alıb.

82-ci dəqiqədə J.Feliks özünün ikinci, komandasının üçüncü qoluna imza atıb. Oyunda son nöqtəni 90-cı dəqiqədə L.Suarez qoyub - 4:1.

Autsayderlə görüşdə inamlı qələbə qazanan “Atletiko” xallarının sayını 57-ə çatdıraraq üçüncü pillədə qərarlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR