“Real” Kərimin penalti qolları ilə Viqoda qazandı - VİDEO

3 Aprel 2022 10:00 İspaniya 584
“Real” Kərimin penalti qolları ilə Viqoda qazandı - VİDEO

İspaniya çempionatının 30-cu turunda Madrid “Real”ı səfərdə “Selta Viqo”nun qonağı olub.

Sportinfo.az xəbər verir ki, qarşılaşmanın 19-cu dəqiqəsində “Real” Kərim Benzemanın 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirməsi ilə hesabda önə çıxıb.

İkinci hissənin əvvəlində - 53 dəqiqədə Nolito hesaba tarazlıq gətirib. 69-cu dəqiqədə K.Benzema növbəti dəfə penalti zərbəsi ilə komandasını önə keçirib.

Qarşılaşma 1-2 hesabı ilə “kral klubu”nun qələbəsi ilə nəticələnib. Xallarının sayını 69-a çatdıran Madrid klubu ikinci “Sevilya” ilə xal fərqini 12 xala çatdırıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR