"Barselona" Usman Dembeleyə təklif edəcəyi məvacibi müəyyənləşdirib.
Sportinfo.az xəbər verir ki, İspaniya nəhəngi fransız hücumçuya ildə 8 milyon avrodan artıq məvacib verə bilməyəcək.
Çünki klub rəhbərliyi digər futbolçularla da maliyyə məsələsini həll etməlidir.
“Barsa” Dembeleni heyətdə saxlamaq istəyir, amma eyni zamanda Qavi ilə müqaviləni yeniləməyə diqqət yetirmək niyyətindədir.
Daha əvvəl "Barselona"nın yay transfer pəncərəsindəki siyasətinin Dembele ilə danışıqlardan da asılı olduğu bildirilirdi.
24 yaşlı Dembele “Barsa”ya 140 milyon avro qarşılığında “Borussiya”dan keçib. Hücumçu bu mövsüm bütün turnirlərdə 21 oyuna çıxıb, 2 qol vurub və 9 məhsuldar ötürmə edib.
Dembelenin "Barselona" ilə müqaviləsi mövsümün sonunda başa çatır. Tərəflər yeni müqavilə bağlamasalar, o zaman fransalı futbolçu komandanı azad agent kimi tərk edəcək.

