"Mənim pulum bu klubun büdcəsindən çoxdur – Seksdən də yaxşıdır"

1 Aprel 2022 18:40 İspaniya 846
"Mənim pulum bu klubun büdcəsindən çoxdur – Seksdən də yaxşıdır"

"Barselona"nın müdafiəçisi Jerar Pike şəhərin digər komandası "Espanyol" haqda danışıb.

Sportinfo.az xəbər verir ki, Pike “Espanyol”un meydanında oynamaqdan həzz aldığını bildirib.

O, bu komanda ilə qarşılaşmanı, hətta “Real”la oyundan da üstün hesab etdiyini bildirib:

“Mənim pulum “Espanyol”un büdcəsindən çoxdur. “Real”ın arenasından daha çox “Espanyol”un stadionunda oynamaqdan həzz alıram.

Ona görə də “Espanyol” La Liqaya qayıdanda sevindim.

Mən fitə basılanda meydançaya çıxmağı xoşlayıram, gülməyə başlayıram, azarkeşlər daha da əsəbiləşirlər. Dünyada heç bir şey bununla müqayisə oluna bilməz, məncə, bu, seksdən də yaxşıdır.

“Espanyol”un fanatlarının qəlbində qəzəb, inciklik yığılıb. “Real” azarkeşləri daha mehribandır”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR