Yenə də əməliyyat olundu – Başıbəlalı ulduz

30 Mart 2022 18:20 İspaniya 826
Yenə də əməliyyat olundu – Başıbəlalı ulduz

“Real”ın yarımmüdafiəçisi Eden Azar əməliyyat olunub.

Sportinfo.az xəbər verir ki, bu barədə məlumatı klubun mətbuat xidməti yayıb.

Bildirilir ki, əməliyyat uğurlu olub.

Belçikalı artıq özünə gəlməyə başlayıb və bərpa prosesinə start verilib. Onun iki həftədən bir aya qədər meydana çıxa bilməyəcəyi deyilir.

Azarın “Real”ı tərk edəcəyi haqda da məlumat yayılıb. Belçikalı futbolçunun sabiq klubu “Çelsi”yə qayıtmaq niyyətində olduğu bildirilir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR