“Barselona”nın prezidenti Joan Laporta klubun transfer siyasəti haqda danışıb.
Sportinfo.az xəbər verir ki, Laporta transfer bazarında fəal olduqlarını bildirib.
O, növbəti mövsüm üçün 2 futbolçu ilə anlaşdıqlarını da bildirib. Amma onların adlarını deməyib:
“Növbəti mövsüm üçün iki futbolçu ilə müqavilə imzaladıq: biri yarımmüdafiəçi, digəri mərkəz müdafiəçisidir. Amma adlarını deyə bilmərəm”.
Məlumata görə, həmin futbolçular "Milan"ın yarımmüdafiəçisi Frank Kessi və "Çelsi"nin müdafiəçisi Andreas Kristensendir.
Hər iki oyunçu “Barsa”ya azad agent kimi qoşulacaq, çünki hazırkı klubları ilə müqavilələri bu yay başa çatır.

