“Yuventus”un hücumçusu Paulo Dibala karyerasını İspaniyada davam etdirə bilər.
Sportinfo.az xəbər verir ki, onunla “Atletiko” maraqlanır.
Məlumata görə, “hindular”ın baş məşqçisi Dieqo Simeone Dibalanın alınmasını rəhbərlik qarşısında şərt kimi qoyub.
Dibalaya Avropanın bir neçə nəhəng klubu maraq göstərir. Ancaq bildirilir ki, hücumçu məhz həmvətəni Simeoneyə görə “Atletiko”ya keçmək niyyətindədir.
Bir müddət əvvəl məlumat yayılmışdı ki, “Yuventus” 28 yaşlı hücumçu ilə yeni müqavilə məsələsində razılaşa bilmir.
Dibala cari mövsümdə bütün turnirlərdə keçirdiyi 29 oyunda 13 qol vurub.

