“Real”ın sabiq hücumçusu Raul gələcək planları haqda danışıb.
Sportinfo.az xəbər verir ki, Raul ən böyük arzusunun “Real”ı çalışdırmaq olduğunu bildirib:
“Real”ın baş məşqçisi olmaq istəyirəm? Bu mənim arzumdur, gündən-günə addım-addım buna doğru yaxınlaşıram.
Məşqçi olmağa qərar verdim, klubun strukturunun bir hissəsiyəm və özümü ciddi sınaqlara hazırlamağa çalışıram.
Mənə ehtiyac olub-olmayacağını zaman göstərəcək. İndi məşqçi təhsili alıram, əylənirəm və klubun sərəncamındayam”.

