Məvacib yenə də azaldılacaq: “Narazı olanlar problemsiz gedə bilər”

28 Mart 2022 18:20 İspaniya 710
Məvacib yenə də azaldılacaq: “Narazı olanlar problemsiz gedə bilər”

“Barselona”da futbolçuların məvacibi yenə də azaldıla bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə klub prezidenti Xuan Laporta məlumat verib.

O, sələflərinin səhvini təkrarlamaq istəmədiyini bildirib. Prezident qeyd edib ki, heç bir futbolçu klubdan yüksəkdə ola bilməz.

Laporta “Barselona”nın mənafeyi naminə risk edəcəklərini bildirib:

“Müqavilələr hamı üçün aydın olan parametrlər əsasında tərtib olunacaq. Ümid edirəm ki, futbolçular məvaciblərinə uyğunlaşacaqlar. Narazı olanlar problemsiz gedə bilərlər”.

Laporta hesab edir ki, futbolçular komandanın baş məşqçisi Xavidən nümunə götürməlidirlər. O, Qətərdə iki dəfə çox qazansa da, “Barsa”nın çətin günündə komandaya gəlib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR