"Barselona"nın kapitanı Jerar Pike karyerasını başa vurmaq fikrində deyil.
Sportinfo.az xəbər verir ki, bu barədə 35 yaşlı müdafiəçi "Football-Espana"ya açıqlamasında deyib:
“Futbol oynamaq mənim gerçəkləşən xəyalımdır. Enerjim olduğu müddətdə oynamağa davam edəcəyəm. Ümid edirəm ki, getdiyim yol hələ dayanmayacaq".
Pike 2008-ci ildən Kataloniya təmsilçisində oynayır.

