"Bavariya"nın hücumçusu Robert Levandovski karyerasını "Barselona"da davam etdirə bilər.
Sportinfo.az xəbər verir ki, Kataloniya təmsilçisi polşalı forvarda 2026-cı ilədək nəzərdə tutulan müqavilə təklif edib.
"Barselona"nın prezidenti Xoan Laporta Levandovskinin meneceri Pini Zahivi ilə görüşüb. 33 yaşlı futbolçu özü də "Barselona"da oynamağı arzulayır.
Robert Levandovskinin "Bavariya" ilə müqaviləsi 2023-cü ilin yayında bitir.
Təcrübəli qolçu cari mövsümdə Münhen təmsilçisinin heyətində meydana çıxdığı 37 oyunda 45 qol və 4 qol ötürməsi ilə yadda qalıb.

