“O. heç vaxt uduzmur və həmişə bir şey icad edir”

25 Mart 2022 12:20 İspaniya 752
“O. heç vaxt uduzmur və həmişə bir şey icad edir”

İspaniya La Liqasının prezidenti Xavyer Tebas növbəti dəfə Avropa Super Liqası haqqında danışıb.

Sportinfo.az xəbər verir ki, Tebas layihənin “Real”a aid olmadığını bildirib:

“Florentino Peres (“Real”ın prezidenti) heç vaxt uduzmur və həmişə bir şey icad edir. Super Liqa ideyası illər əvvəl yaranıb və o, “Real”a yox, Peresə məxsusdur.

“Real”, “Barselona” və “Yuventus” Avropa İttifaqının qərarlarına böyük əhəmiyyət verir. Lakin Avropa hökumətləri artıq bu məsələ ilə bağlı fikirlərini bildiriblər.

Yeni Super Liqa layihəsi yenə uğursuz olacaq. Bura İngiltərə klubları daxil olmayacaq. Çünki UEFA və FİFA Premyer Liqaya qarşı çıxacaqlar”.

Ötən il aprelin 18-də “Mançester Yunayted”, “Mançester Siti”, “Arsenal”, “Liverpul”, “Tottenhem”, “Çelsi”, “Real”, “Barselona”, “Atletiko”, “Yuventus”, “Milan” və “İnter” klubları Avropa Super Liqasını yaratdıqlarını açıqlayıblar.

Lakin sonradan “Real”, “Barselona” və “Yuventus”dan başqa, digər klublar turnirdən imtina ediblər.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR