"Barselona" 70 milyon ödəməyəcək - Braziliya millisinin üzvü üçün

24 Mart 2022 01:40 İspaniya 684
"Barselona" 70 milyon ödəməyəcək - Braziliya millisinin üzvü üçün

"Barselona" İngiltərə Premyer Liqasında oynayan futbolçu ilə maraqlanır.

Sportinfo.az xəbər verir ki, Kataloniya klubu "Lids"dən Rafinyanı transfer etmək istəyir.

"Barsa" rəsmiləri braziliyalı futbolçunun agenti ilə görüşüb. Lakin kataloniyalılar ona görə "Lids"ə 70 milyon avro ödəmək niyyətində deyil.

Onlar 25 yaşlı futbolçu üçün maksimum 35 milyon avro ödəyə biləcəyini qarşı tərəfə bildirib.

“Avai” yetirməsi olan futbolçu “Vitoriya Gimarayeş”, “Sportinq”, “Renn” klublarında oynadıqdan sonra 2020-ci ildə “Lids”ə keçib. O, 2021-ci ildən Braziliya millisinin formasını da geyinir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR