"Bu məğlubiyyət mənim - məşqçinin günahı ucbatındandır”

21 Mart 2022 22:30 İspaniya 753
"Bu məğlubiyyət mənim - məşqçinin günahı ucbatındandır”

“Komanda özünə bənzəmirdi. Başlanğıc yaxşı idi. Amma ilk qolu buraxdıqdan sonra oyuna nəzarəti itirdik”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Real”baş məşqçisi Karlo Ançelotti deyib.

Madridlilər dünən La Liqanın 29-cu turunun evdəki matçında əzəli rəqibi “Barselona”ya 0:4 hesabı ilə uduzub. Matçdan sonra keçirilən mətbuat konfransında italiyalı mütəxəssis deyib:

“Onlar bizim səhvlərimizdən istifadə edib qollar vurdular. Fasilədə futbolçulardan çox hücum etməyi xahiş etdim. Amma qol vurmaq alınmadı, müdafiədə problemlər yarandı. İkinci hissənin əvvəllərində 2 qol buraxdıq”.

Ançelotti deyib ki, “El-Klassiko”da asan oyunlar olmur: “Azarkeşlər bizdən hər zaman qələbə gözləyir. Biz uduzduq. Amma çempionatda üstünlüyümüz davam edir.

Sakitliyimizi qorumalıyıq. Bu məğlubiyyəti dramatikləşdirməməliyik. Qarşıdakı 2 həftədə yaxşı dincəlib oyunlara hazırlaşmalıyıq. Bu məğlubiyyət mənim - məşqçinin günahı ucbatındandır”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR