“Barselona” El-Klasikoda "Real"ın "daşını daş üstünə qoymadı" - VİDEO

21 Mart 2022 02:00 İspaniya 1 067
“Barselona” El-Klasikoda "Real"ın "daşını daş üstünə qoymadı" - VİDEO

İspaniya La Liqasında "Real" və "Barselona" arasında növbəti El-Klasiko keçirilib.

Sportinfo.az xəbər verir ki, "Santyaqo Bernabeu" stadionundakı XXIX tur oyunu qonaqların qələbəsi ilə yekunlaşıb - 4:0.

İlk və son qolları "Barselona"nın qış transferi Pyer-Emerik Obameyanq vurub. 29-cu və 53-cü dəqiqələrdə "dubl" edən 33 yaşlı hücumçu El-Klasikolarda fərqlənən ilk qabonlu oyunçu kimi tarixə düşüb.

Onun ikinci qolu VAR sisteminə müraciət edildikdən sonra qeydə alınıb. Digər qolları Ronald Arauxo 38-ci və Ferran Torres 47-ci dəqiqədə vurub.

Beləliklə, "Barselona" son 7 görüşdə ilk dəfə "Real Madrid"ə qalib gələrək, La Liqadakı şəxsi qarşılaşmalarda topların nisbətində bərabərliyi təmin edib - 76:76.

Məğlubiyyətə baxmayaraq, "kral klubu" 29 oyundan sonra 66 xalla liderdir, rəqibindən bir oyun az keçirən Kataloniya təmsilçisi 54 xalla 3-cü pilləyə yüksəlib.

Bu, iki komanda arasında ümumilikdə 249 "El Klasiko" olub. "Real Madrid" 100, "Barselona" 97 qələbə qazanıbsa, 52 görüşdə qalib müəyyənləşməyib.

"Real" - "Barselona" - 0:4

Qollar: Pyer-Emerik Obameyanq, 29; 53. Ronald Arauxo, 38. Ferran Torres, 47

"Santyaqo Bernabeu"

Baş hakim: Xuan Martines Munuera

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR