La Liqanın 29-cu turunda Madrid “Atletiko”su səfərdə “Rayo Vallekano”ya qalib gəlib.
Sportinfo.az xəbər verir ki, ikinci hissədə Joao Feliksin ötürməsində Koke topu meydan sahiblərinin qapısından keçirib.
Qarşılaşma qonaqların minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0.
Qələbə nəticəsində xallarının sayını 54-ə çatdıran “Atletiko” üçüncü pillədə qərarlaşıb.
Son beş turda cəmi bir heç-heçəsi olan “Rayo Vallekano” isə 13-cü pillənin sahibi olub.

