“Barselona” və “Yuventus”a “yox” deyib - Fransalı hücumçu

11 Fevral 2022 00:10 İspaniya 889
“Barselona” və “Yuventus”a “yox” deyib - Fransalı hücumçu

Qış fasiləsində “Mançester Yunayted”dən “Sevilya”ya keçən Antoni Marsial açıqlama verib.

Sportinfo.az xəbər verir ki, fransalı hücumçu transfer dönəmində “Barselona” və “Yuventus”dan təklif aldığını bildirib:

“Barselona” nümayəndələri menecerimlə görüşmüşdü. “Yuventus” isə müqavilə imzalamağım üçün çox israr edirdi. Hər iki klubdan təklif var idi.

“Sevilya”da daimi əsas heyətdə olmaq imkanım var. Bu səbəbdən buranı seçdim”.

Marsial mövsümün sonuna qədər icarə əsasında “Sevilya”da çıxış edəcək.

Digər Xəbərlər
Xəbər Lenti