“Barselona” hücumçusu Mefis Depayı satmağı planlaşdırır.
Sportinfo.az xəbər verir ki, rəhbərlik bu planı yay transfer dönəmində reallaşdırmaq niyyətindədir.
İspaniya nəhəngi hücum xəttinə bir neçə futbolçu cəlb edib. Amma əsas hədəf Dortmund “Borusiya”sının hücumçusu Erlinq Holanddır.
Onun üçün heyətdə yer boşaltmaq üçün Depay satılmalıdır. “Barsa” onu yayda satmaq istəyir ki, sonradan havayı buraxmaq məcburiyyətində qalmasın.
Çünki niderlandlı futbolçunun müqaviləsi 2023-cü ilin yayında başa çatır. O, “Barsa”da 2021-ci ilin yayından çıxış edir.

