"Qərara görə komandada atmosferi pozan deyiləm"

7 Fevral 2022 10:00 İspaniya 637
"Qərara görə komandada atmosferi pozan deyiləm"

“Barselona”da Avropa Liqası matçları üçün UEFA-ya sifariş edilməyən Dani Alveş açıqlama verib.

Sportinfo.az xəbər verir ki, braziliyalı müdafiəçi bu qərarı normal qarşıladığını deyib:

“Baş məşqçimiz Xavi nə düşündüyümü yaxşı bilir. Hər zaman klubuma kömək etmək niyyətindəyəm.

Klubun üzvüyük və qərar verilib. Normal qarşılayıram. Bura komandama kömək etməyə gəlmişəm və hər cür rəqabətə hazıram.

Düzdür, Avropa Liqasında iştirak etmək istərdim. Lakin 3 yer üçün 4 namizəd var idi. Qərara görə komandada atmosferi pozan deyiləm. İşimi görməyə və komandama kömək etməyə davam edəcəm”.

“Barselona” Avropa Liqası üçün yeni transferlərdən Ferran Torres, Pyer-Emerik Obameyanq və Adama Traoreni sifariş edib.

Kataloniya təmsilçisi Avroliqanın pley-off mərhələsində “Napoli” ilə qarşılaşacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti