“Real”dan getmək istəmir

5 Fevral 2022 15:20 İspaniya 469
“Real”dan getmək istəmir

“Real”ın futbolçusu Marko Asensio klubla müqaviləsini yeniləmək istəyir.

Sportinfo.az xəbər verir ki, bu barədə “goal.com” saytı məlumat yayıb.

Asensio klubla yeni müqavilə danışıqlarına açıqdır. O, uzun müddət “Real”da çıxış etmək istəyir.

Asensionun hazırkı müqaviləsi 2023-cü ilin yayına qədərdir.

2015-ci ildən “Real”da çıxış edən 26 yaşlı yarımmüdafiəçi bu mövsüm 24 oyunda 7 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti