Usman Dembele “Barselona”nın təklifini növbəti dəfə qəbul etməyib.
Sportinfo.az xəbər verir ki, “Barsa” rəhbərliyi ona illik 14 milyon avro məvacib təklif edib.
Amma 24 yaşlı fransız bu təklifi də qəbul etməyib.
Qeyd edək ki, “Barsa” yeni müqavilə ilə bağlı ona bir neçə dəfə müraciət edib və rədd cavabı alıb. Dembelenin “Çelsi”yə keçəcəyi güman olunur. Onun müqaviləsi mövsümün sonunda başa çatır.
Ən son məlumata görə, Usman mövsümün sonuna qədər “Barselona”da qalacaq.

