Paytaxt klubu qərarını verdi: Bu qış hücumçunu satmayacaqlar

27 Yanvar 2022 00:20 İspaniya 320
Paytaxt klubu qərarını verdi: Bu qış hücumçunu satmayacaqlar

“Real” klubunda hücumçu Luka Yoviçlə bağlı qərar verilib.

Sportinfo.az xəbər verir ki, Madrid təmsilçisi bu transfer dönəmində serbiyalı futbolçunu satmayacaq.

“Real” rəhbərliyi əsas hücumçu Kərim Benzemanın zədələnməsi səbəbindən Yoviçi komandada saxlamağa qərar verib.

Yoviç bu mövsüm “Real”la 15 oyunda 1 qol vurub, 2 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti