"Ona tez bir zamanda klubu tərk etməsini dedik"

21 Yanvar 2022 00:00 İspaniya 490
"Ona tez bir zamanda klubu tərk etməsini dedik"

“Barselona”nın direktoru Mateu Alemani hücumçu Osman Dembelenin klubdan ayrılacağını bildirib.

Sportinfo.az xəbər verir ki, klub rəsmisi fransalı hücumçuya “Barsa”nı tərk etməli olduğunu bildirdiklərini söyləyib:

“Altı aydır Dembele ilə danışıqlar gedirdi, bizə klubda davam etmək istəmədiyini dedi. Biz klubumuza bağlı futbolçuları istəyirik.

Ona tez bir zamanda klubu tərk etməsini dedik. Bu qərarı baş məşqçi Xavinin də razılığa ilə rəhbərlik verib”.

Digər Xəbərlər
Xəbər Lenti