Millinin yarımmüdaifiəçisini transfer etdi - “Sevilya”

15 Yanvar 2022 12:00 İspaniya 519
Millinin yarımmüdaifiəçisini transfer etdi - “Sevilya”

“Sevilya” heyətini yeni futbolçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, La Liqa təmsilçisi “Portu”nun yarımmüdafiəçisi Xesus Koronanı transfer edib.

Meksikadan olan 29 yaşlı vinger 2025-ci ilin yayına qədər La Liqa klubunun uğurları üçün çalışacaq. O, yeni komandasında “9” nömrəli formanı geyinəcək.

Xesus Manuel Korona 2015-ci ildən “Portu”da çıxış edirdi. Yarımmüdafiəçi əvvəllər Niderlandın “Tvente”, ölkəsinin “Monterrey” komandalarının da formasını geyinib. Meksika yığmasında 63 matça çıxan futbolçu, 10 qol da vurub.

“Sevilya” öz futbolçularından İbrahim Amadu ilə də yollarını ayırıb. Belə ki, 28 yaşlı yarımmüdafiəçi La Liqa təmsilçisini Fransa “Mets”inə dəyişib.

Bu barədə hər iki klubun mətbuat xidməti məlumat yayıb. Kamerunda anadan olsa da, Fransa vətəndaşlığına da malik olan futbolçu 2018-ci ildən “Sevilya”da çıxış edirdi.

Lakin o, bu klubda əsas heyət üzvünə çevrilə bilmədiyi üçün “Norviç Siti”, “Leqanes” və “Anje” kimi klublara icarəyə verilib. Amadu əvvəllər Fransada “Nansi” və “Lill”in də uğurları üçün çalışıb.

Digər Xəbərlər
Xəbər Lenti