Super Kubok: "Real"ın finalda rəqibi "Atletik" oldu - VİDEO

14 Yanvar 2022 01:30 İspaniya 537
Super Kubok: "Real"ın finalda rəqibi "Atletik" oldu - VİDEO

İspaniya Super Kubokunda yarımfinal mərhələsinin növbəti oyunu keçirilib.

Sportinfo.az xəbər verir ki, Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı "Kral Fahd" stadionunda oynanılan görüşdə Madrid "Atletiko"su ilə Bilbao "Atletik"i üz-üzə gəlib.

Matç "Atletik"in qələbəsi ilə yekunlaşıb - 2:1. Hər 3 top ikinci hissədə qalib komandanın futbolçuları tərəfindən vurulub.

62-ci dəqiqədə Unay Simon topu öz qapısına göndərib. 77-ci dəqiqədə Yeray bərabərlik, 81-ci dəqiqədə Nikolas Uilyams qələbə topuna imza atıb.

Beləliklə, finala yüksələn "Atletik" yarımfinalda "Barselona"nı 3:2 hesabı ilə məğlub etmiş "Real Madrid"ə rəqib olub. Həlledici qarşlaşma yanvarın 16-də keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
31 Dekabr 2025 20:00 Çək və bizə göndər!
31 Dekabr 2025 14:50 "Sportinfo TV”də GÜNDƏM
31 Dekabr 2025 08:30 Bayram günlərinin PROQNOZU
31 Dekabr 2025 08:00 Yanvarda hava necə olacaq?
31 Dekabr 2025 07:30 Bu cərimələr artırılır