Bu transfer üçün yayı gözləyəcək - "Barselona”

4 Dekabr 2021 15:20 İspaniya 493
Bu transfer üçün yayı gözləyəcək -

“Barselona” yayda heyətini yeni hücumçu ilə gücləndirmək istəyir.

Sportinfo.az xəbər verir ki, Kataloniya təmsilçisi “Mançester Yunayted”lə müqaviləsi iyula qədər olan Edinson Kavanini heyətinə cəlb etmək istəyir.

“Barselona” 34 yaşlı hücumçunu yayda azad agent kimi heyətinə qatmağı düşünür. Kataloniya təmsilçisi bunun üçün yanvardan Kavani ilə danışıqlara başlayacaq.

Kavaninin “Mançester Yunayted”lə sözləşməsi 2022-ci ilin yayına qədərdir. Uruqvaylı hücumçu “qırmızı şeytanlar”la 47 oyunda 18 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti