"Barselona" 17 yaşlı türkiyəli istedadı 2 milyona transfer etdi

25 Sentyabr 2021 12:00 İspaniya 471
"Barselona" 17 yaşlı türkiyəli istedadı 2 milyona transfer etdi

"Barselona" "Kayserispor"un futbolçusu Emre Demiri heyətinə qatıb.

Sportinfo.az xəbər verir ki, 17 yaşlı yarımmüdafiəçi ilə 6 illik müqavilə imzalanıb.

Türkiyənin U-17 yığmasının da formasını geyinən gənc oyunçu yeni komandasına cari mövsüm başa çatdıqdan sonra qoşulacaq.

Bu keçid üçün qarşı tərəfə 2 milyon avro təzminat ödəyən "Barselona" futbolçuya 400 000 000 avro qiymət qoyub.

Digər Xəbərlər
Xəbər Lenti