“Barselona” rəsmisi: “Kumanı göndərmək geriyə addım atmaq olar”

20 Sentyabr 2021 10:00 İspaniya 685
“Barselona” rəsmisi: “Kumanı göndərmək geriyə addım atmaq olar”

“Barselona”nın vitse-prezidenti Eduard Romeu komandanın baş məşqçisi Ronald Kumanın gələcəyi ilə bağlı açıqlama verib.

Sportinfo.az xəbər verir ki, Romeu niderlandlı mütəxəssisin istefaya göndərilməsinin düzgün olmayacağını bildirib:

“Klubun İdarə Heyəti Kumanın məsələsini hələ müzakirə etməyib. Ən çətin vaxtlarımızda rəqiblərimiz də güclüdür.

Kumanı göndərmək geriyə addım atmaq olar. Onun göndərilməsi məntiqsizdir”.

“Barselona” La Liqada 7-ci sıradadır. Kataloniya təmsilçisi Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda “Bavariya"ya uduzub – 0:3.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti