"Artıq bu haqda danışmaqdan bezmişəm" - ƏSƏBİLƏŞDİ

15 Sentyabr 2021 12:20 İspaniya 1 068
"Artıq bu haqda danışmaqdan bezmişəm" - ƏSƏBİLƏŞDİ

“Barselona”nın baş məşqçisi Ronald Kuman Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda “Bavariya” ilə keçirilən oyundan (0:3) sonra fikirlərini bildirib.

Sportinfo.az xəbər verir ki, Kuman komandada hansı mövqelərə futbolçu lazım olduğunu bildirib.

O bildirib ki, yaxın vaxtlarda tam başqa bir “Barselona” görəcəksiniz:

“Biz bilirik ki, hücum xəttində bizə futbolçular lazımdır. Özümə haqq qazandırmaq, nəyin isə çatışmadığını qabartmaq istəmirəm. Yüksək sürət olmadan “Bavariya” kimi komandaya qarşı oynamaq çox çətindir.

Bu həqiqəti qəbul etməli və işləməliyik. Hansı komandaya qarşı oynadığımızı başa düşməliyik. Artıq bu barədə danışmaqdan bezmişəm, 3-4 həftədən sonra tam başqa bir “Barselona” görəcəksiz”.

Digər Xəbərlər
Xəbər Lenti