“Bu məsələni öz aramızda da danışa bilərdik” - “Barselona”da gərginlik

15 Sentyabr 2021 00:00 İspaniya 910
“Bu məsələni öz aramızda da danışa bilərdik” - “Barselona”da gərginlik

“Barselona”nın baş məşqçisi Ronald Kuman açıqlama verib.

Sportinfo.az xəbər verir ki, niderlandlı mütəxəssis klub prezidenti Xuan Laportanın onun haqqında dediyi “baş məşqçi tam səlahiyyətə sahib deyil” fikrinə münasibət bildirib.

“Laporta ilə münasibətimiz yaxşı idi. Amma ötən həftə düzgün olmayan açıqlama verdi. O, baş məşqçinin tam səlahiyyətə malik olmadığını dedi. Düşünürəm ki, Laporta bir az məntiqsiz açıqlama verib.

Bu məsələni öz aramızda da danışa bilərdik. Mediaya bu cür açıqlama vermək lazım deyildi.

Klubun, işçilərin, komandadakı futbolçuların mənə güvəndiyini hiss edirəm. “Barselona”da qalmaq istəyirəm. Bu klub gələcəyini mənə borcludur”.

Digər Xəbərlər
Xəbər Lenti
31 Oktyabr 18:10 Çək və bizə göndər!
31 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
31 Oktyabr 04:00 Sevgilisi ilə barışdı