Özünü təriflədi : "Mənim sayəmdə “Barsa”nın gələcəyi var"

13 Sentyabr 2021 18:40 İspaniya 691
Özünü təriflədi : "Mənim sayəmdə “Barsa”nın gələcəyi var"

“Barselona”nın baş məşqçisi Ronald Kuman komandadakı missiyası haqda danışıb.

Sportinfo.az xəbər verir ki, Kuman Laporta ilə söhbətin detallarına da varıb.

O, özünü tərifləməyi də unutmayıb:

“Laporta ilə münasibətlərim yaxşılaşdı. Amma keçən həftə bir hadisə oldu ki, bunun səhv olduğunu düşünürəm. O təklif etdi ki, məşqçi bütün səlahiyyətlərə sahib olmasın.

Laporta həddində artıq çox danışdı. Əgər həm sizin, həm də klubun baş məşqçi ilə bağlı aydın strategiyası yoxdursa, onda spekulyasiya başlayır. Təbii ki, belə hal da məşqçinin xoşuna gəlmir.

“Barselona”da işimi davam etdirməyə hazıram. Burada özümü yaxşı hiss edirəm. Mənim sayəmdə bu klubun gələcəyi var”.

Digər Xəbərlər
Xəbər Lenti
31 Oktyabr 18:10 Çək və bizə göndər!
31 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
31 Oktyabr 04:00 Sevgilisi ilə barışdı