Madridə getmədi - Gənc oyunçuların “alveri”nə görə

13 Sentyabr 2021 15:20 İspaniya 737
Madridə getmədi - Gənc oyunçuların “alveri”nə görə

“Selta”nın prezidenti Viqo Karlos Murino Madrid “Real”ı ilə səfər qarşılaşmasını boykot edib.

Sportinfo.az xəbər verir ki, buna səbəb “Real”ın 12 yaşlı futbolçunu transfer etməsi olub.

Gənclər arasında keçirilən turnirin ən yaxşı futbolçusu Brayan Buqarin seçilib.

“Real” isə bu futbolçunu dərhal akademiyaya qəbul edib. Murino “Real”ın prezidentini gənc oyunçuların “alveri”ndə ittiham edib. Elə bunu da əsas gətirərək Madridə getməyib.

La Liqanın 4-cü turunda “Real” “Selta”ya qalib gəlib – 5:2.

Digər Xəbərlər
Xəbər Lenti
31 Oktyabr 18:10 Çək və bizə göndər!
31 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
31 Oktyabr 04:00 Sevgilisi ilə barışdı