"Ya qalacam, ya da ailəliklə xaricə gedəcəyik - bu qatarı 6 dəfə əlimdən qaçırmışam"

13 Sentyabr 2021 01:38 İspaniya 950
"Ya qalacam, ya da ailəliklə xaricə gedəcəyik - bu qatarı 6 dəfə əlimdən qaçırmışam"

Niderland millisinin sabiq futbolçusu, hazırda “Ayaks”da idman direktoru kimi çalışan Mark Overmars “Barselona”da eyni vəzifədə çalışmaq istədiyini etiraf edib.

Sportinfo.az xəbər verir ki, ötənlərin məşhur futbolçusu Kataloniya klubunda çalışmağa hazır olduğunu deyib:

“İndi hər şey çox sadədi, ya “Ayaks”da qalacam, ya da ailəliklə xaricə gedəcəyik. Bu qatarı 6 dəfə əlimdən qaçırmışam.

“Arsenal” və “Barselona” maraqlı variantlardı. Ancaq ailəmin İspaniya variantına üstünlük verəcəyini düşünürəm. Orada özümüzü çox rahat hiss edərdik. Özüm də “Barselona”nı seçərdim”.

Bir müddət əvvəl “Barselona” və “Arsenal”dan təklif aldığı deyilən Overmarsın hansı klubda çalışacağı maraqla gözlənilir.

Karyerası ərzində “Qo Ehed İqls”, “Villem II”, “Ayaks”, “Barselona”, “Arsenal” klublarında oynamış veteran futbolçu hazırda Amsterdam klubunda idman direktoru vəzifəsində çalışır.

Digər Xəbərlər
Xəbər Lenti
31 Oktyabr 18:10 Çək və bizə göndər!
31 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
31 Oktyabr 04:00 Sevgilisi ilə barışdı