Premyer Liqa klubundan "Barselona"ya gedir?

13 Sentyabr 2021 00:14 İspaniya 910
Premyer Liqa klubundan "Barselona"ya gedir?

“Lester”in yarımmüdafiəçisi Yuri Tilemans karyerasını İspaniya Primerosunda davam etdirə bilər.

Sportinfo.az xəbər verir ki, belçikalı futbolçunun xidmətində “Barselona” maraqlıdır.

Tilemansı “Barselona”nın baş məşqçisi Ronald Kuman sərəncamında görmək istəyir. Kataloniya təmsilçisi öncə Saul Niqezi transfer etmək istəsə də, o, “Çelsi”yə keçməyə üstünlük verib.

Məhz bundan sonra Kuman Tilemansın “Barselona”ya gəlməsini istəyib.Belçikalı futbolçunun “Lester”lə müqaviləsi 2023-cü ildə başa çatır.

Digər Xəbərlər
Xəbər Lenti
31 Oktyabr 18:10 Çək və bizə göndər!
31 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
31 Oktyabr 04:00 Sevgilisi ilə barışdı