“Mənə Halandın yüz faiz “Real”a keçəcəyini deyiblər”

12 Sentyabr 2021 12:20 İspaniya 667
“Mənə Halandın yüz faiz “Real”a keçəcəyini deyiblər”

İtaliya millisinin sabiq futbolçusu Kristian Vieri Dortmund “Borussiya”sının hücumçusu Erlinq Halandın növbəti klubunun adını açıqlayıb.

Sportinfo.az xəbər verir ki, Vieri, norveçli hücumçunun “Real”a gedəcəyini bildirib:

“Mənə Halandın yüz faiz “Real”a keçəcəyini deyiblər. Düzgün olduğunu bilmirəm, amma mənə belə deyiblər”.

Halandın mövsümün sonunda “Real”a keçəcəyi iddia olunur.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti