“O, cərimə meydançasında Neymardan daha təhlükəlidir”

12 Sentyabr 2021 10:00 İspaniya 863
“O, cərimə meydançasında Neymardan daha təhlükəlidir”

“Barselona”nın baş məşqçisi Ronald Kuman yeni transferləri Luk de Yonqla keçmiş hücumçuları Neymarı müqayisə edib.

Sportinfo.az xəbər verir ki, Kuman de Yonqun hücumun mərkəzində daha yaxşı olduğunu deyib:

“Luk de Yonq cərimə meydançasında Neymardan daha təhlükəlidir. “Barselona”nın belə hücumçusu yox idi. Hər komandada de Yonq kimi forvard olmalıdır. Ötən il klub rəhbərliyinə onun kimi hücumçuya ehtiyacımız olduğunu demişdim”.

“Barselona” de Yonqu “Sevilya”dan icarəyə götürüb. Hazırda PSJ-də çıxış edən Neymar 2013-2017-ci illərdə “Barselona”da forma geyinib.

Digər Xəbərlər
Xəbər Lenti
31 Oktyabr 18:10 Çək və bizə göndər!
31 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
31 Oktyabr 04:00 Sevgilisi ilə barışdı