"Barselona"da Kuman ilə 1 il daha itirə bilməzdim"

12 Sentyabr 2021 00:28 İspaniya 525
"Barselona"da Kuman ilə 1 il daha itirə bilməzdim"

"Beşiktaş"ın yeni transferi Miralem Pyaniç İtaliya mətbuatına açıqlama verib.

Sportinfo.az xəbər verir ki, bosniya və herseqovinalı yarımmüdafiəçi oynamaq istədiyi üçün İstanbul təmsilçisinə keçdiyini deyib:

"Beşiktaş" transfer pəncərəsinin son günlərində məni çox istədi. "Barselona"da Kuman ilə bir il daha itirə bilməzdim.

Çünki oynamaq istəyirdim. "Beşiktaş" məni yaxşı qarşıladı. Mənim üçün möhtəşəm macəra olacaq".

Pyaniç Kriştiano Ronaldo və Lionel Messi haqda da danışıb. 31 yaşlı futbolçu onlarla birlikdə oynadığı üçün özünü şanslı hesab etdiyini bildirib:

"Həm Ronaldo, həm də Messi ilə oyandığım üçün özümü şanslı hesab edirəm. Bir-birilərindən çox fərqlidirlər, həm də çox bənzəyirlər. Rəqabət aparmaq və qazanmaq üçün yarışırlar".

Digər Xəbərlər
Xəbər Lenti