"Dünyanın ən yaxşı klubuna gəlmişəm" - Yeni transfer keçidindən danışdı

11 Sentyabr 2021 12:00 İspaniya 545
"Dünyanın ən yaxşı klubuna gəlmişəm" - Yeni transfer  keçidindən danışdı

“Barselona”nın yeni transferi Luk de Yonq Kataloniya klubuna keçidi haqda danışıb.

Sportinfo.az xəbər verir ki, “Mundo Deportivo” nəşrinə açıqlama verən niderlandlı hücumçu karyerasında ən vacib addımı atdığını deyib:

“Bu, karyeramın ən vacib addımı idi. Dünyanın ən yaxşı klubuna gəlmişəm. Daha əvvəl Avropa Liqasını qazanmışam, amma “Barselona”da oynamaq bir xəyal idi.

Baş məşqçi Ronald Kumanla danışdım və mənə inandığını dedi. Sonra hər şey yaxşı irəlilədi və indi burdayam. “Barselona”da olmaqdan çox məmnunam. Ümid edirəm ki, yaxşı bir mövsüm keçirəcəyik”.

“Barselona” de Yonqu “Sevilya”dan bir illik icarəyə götürüb.

Digər Xəbərlər
Xəbər Lenti