"Pulla maraqlanmırdım və menecerimə dedim ki, bu məsələni həll etsin"

11 Sentyabr 2021 01:24 İspaniya 1 223
"Pulla maraqlanmırdım və menecerimə dedim ki, bu məsələni həll etsin"

“Barselona”nın futbolçusu Serxio Aquero açıqlama verib.

Sportinfo.az xəbər verir ki, argentinalı hücumçu “Barselona”ya keçidindən danışıb:

“Barselona”ya gələndə klubun maliyyə problemləri yaşadığını bilirdim. Pulla maraqlanmırdım və “Barselona”da oynamaq istəyirdim. Menecerimə dedim ki, bu məsələni həll etsin.

Danışıqlar zamanı Lionel Messi ilə söhbətləşdim. Sonra o, komandadan ayrıldı və mən şok oldum. Şübhəsiz ki, yenə də “Barselona” ilə müqavilə imzalayardım.

Messi ilə danışdım və o, yenidən Barselonada yaşayacağını dedi. Ümid edirəm ki, hər şey yaxşı olacaq”.

Aquero bu yay “Mançester Siti”dən ayrılaraq “Barselona”ya keçib.

Digər Xəbərlər
Xəbər Lenti
31 Oktyabr 18:10 Çək və bizə göndər!
31 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
31 Oktyabr 04:00 Sevgilisi ilə barışdı