Paytaxt klubu fransalı hücumçunu təqdim etdi

9 Sentyabr 2021 00:00 İspaniya 813
Paytaxt klubu fransalı hücumçunu təqdim etdi

"Atletiko" yay transfer pəncərəsinin sonuncu günündə heyətinə qatdığı Antuan Qrizmannı təqdim edib.

Sportinfo.az xəbər verir ki, təqdimat mərasimi Madrid təmsilçisinin ev oyunlarını keçirdiyi "Vanda Metropolitano" stadionunda baş tutub.

30 yaşlı hücumçunun icarə müddəti istənilən vaxt daha 1 illik uzadıla bilər.

Müqavilədə təcrübəli forvardı 40 milyon avroya satın alma öhdəliyi də var. "Barselona" 2019-cu ildə oyunçunun transferinə 120 milyon avro xərcləyib.

Antuan Qrizmann 2019-cu ildən "Barselona"da çıxış edirdi.

Digər Xəbərlər
Xəbər Lenti
31 Oktyabr 18:10 Çək və bizə göndər!
31 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
31 Oktyabr 04:00 Sevgilisi ilə barışdı