“Barselona”nın futbolçusu Jerar Pike karyerası ilə bağlı planları haqda danışıb.
Sportinfo.az xəbər verir ki, Pike karyerasını elə bu mövsümün sonunda da bitirə biləcəyini deyib:
“Karyeramı “Barsa”da başa vuracam. Hətta bu mövsüm karyeramda sonuncu ola bilər.
İlləri bir-birinin ardınca geridə qoyuram. Növbəti mövsümdə də oynayacağıma təminat verə bilmərəm.
Hansı gün görsəm ki, artıq komandama kömək edə bilmirəm, karyeramı dərhal bitirəcəm”.
Pike “Barselona”da 2008-ci ildən çıxış edir.

