Paytaxt klubu son 10 mövsümdə transferlərə 996 milyon ödəyib

8 Sentyabr 2021 12:00 İspaniya 1 102
Paytaxt klubu son 10 mövsümdə transferlərə 996 milyon ödəyib

Madrid “Atletiko”su son 10 mövsümdə transferlərə 996 milyon avro xərcləyib.

Sportinfo.az xəbər verir ki, “hindular” bu məbləğin demək olar hamısını futbolçu satışı ilə kompensasiya edə biliblər.

Belə ki, 10 mövsüm ərzində futbolçu satışından 932 milyon avro gəlir əldə edilib.

“Atletiko” cari mövsümdə transferlərə 60 milyon xərcləyib, satışdan isə 23,7 milyon əldə edib. Amma qarşıdakı günlərdə satışdan gələn gəlir arta bilər.

“Atletiko”nun bir neçə futbolçusu, o cümlədən Saul Niqes, Alvaro Morata, İvo Qrbiç icarə əsasında başqa klublarda çıxış edirlər.

Onları satmaq mümkün olsa, klub əlavə olaraq 100 milyon avro da qazana bilər.

Digər Xəbərlər
Xəbər Lenti
31 Oktyabr 18:10 Çək və bizə göndər!
31 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
31 Oktyabr 04:00 Sevgilisi ilə barışdı